Modern.az

Büdcə bu tarixdə parlamentə təqdim olunacaq

Büdcə bu tarixdə parlamentə təqdim olunacaq

Aktual

8 Sentyabr 2021, 18:52

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, cari ilin sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

 

Maliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı