Yaxın zamanlarda Ankarada Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin birgə iclası keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib.
O, Gürcüstanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin olduğunu deyib. N.Samxaradze, həmçinin qeyd edib ki, yaxın günlərdə Türkiyə parlamentinin sədri Gürcüstana rəsmi səfər edəcək.