Modern.az

Fransa minalara görə Azərbaycana pul ayırdı

Fransa minalara görə Azərbaycana pul ayırdı

Aktual

8 Sentyabr 2021, 23:09

Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayırmaq niyyətindədir.

 

Modern.z xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz tiviter səhifəsində yazıb.

 

“Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir”, - deyə səfir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!