Modern.az

Səfirimiz etimadnaməsini Tokayevə təqdim etdi

Səfirimiz etimadnaməsini Tokayevə təqdim etdi

Aktual

9 Sentyabr 2021, 00:27

Azərbaycanın Qazaxıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov etimadnaməsini bu ölkənin Prezidenti Kasım-Jomart Tokayevə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

 

Görüş zamanı Kasım-Jomart Tokayev səfir Ağalar Atamoğlanovu Qazaxıstanda missiyasına rəsmi olaraq başlaması münasibətilə təbrik edib, diplomatın peşəkar təcrübəsi sayəsində müxtəlif sahələrdə dövlətlərarası dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

 

Ölkəmizlə əməkdaşlıqdan danışan Kasım-Jomart Tokayev bildirib ki, Azərbaycan Avrasiya məkanında və Xəzər regionunda Qazaxıstanın əsas tərəfdaşlarından biridir.

 

Prezident qeyd edib ki, hazırda ən aktual vəzifə çoxşaxəli əməkdaşlığımızın bütün spektrinə əlavə dinamika verməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!