Modern.az

Rezidenturaya qəbulun ikinci mərhələsinə qeydiyyat başlanır

Rezidenturaya qəbulun ikinci mərhələsinə qeydiyyat başlanır

Aktual

9 Sentyabr 2021, 07:48

Sentyabrın 9-dan 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) qeydiyyat başlanır.


Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Qeyd olunub ki, imtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 16-dək davam edəcək. Sentyabrın 26-da isə rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

 

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaq. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!