Modern.az

Meyxanaçı Ağakərimin ölüm xəbəri təkzib olundu

Meyxanaçı Ağakərimin ölüm xəbəri təkzib olundu

Aktual

9 Sentyabr 2021, 09:00

Sosial şəbəkələrdə məşhur meyxana ustası Ağakəriminin ölüm xəbəri yayılıb.

 

Modern.az xəbəri dəqiqləşdirmək üçün sənətçinin yaxın dostları ilə əlaqə saxlayıb.

 

Meyxanaçı Valeh Lerikli saytımıza açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və internet saytlarında Ağakərim Novruzovun ölümü ilə bağlı yayılan məlumatlar yalandır:

 

"Mən səhər sosial şəbəkələrdə bu xəbəri görəndə zəng vurub ailə üzvləri ilə danışdım, sənətçinin səhhəti ilə maraqlandım. Onlar bu xəbərin yalan olduğunu dedilər". 

 

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. O uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.

 

Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!