Modern.az

“Yay məktəbi: Çin mətbəxinin inciləri” adlı seminar keçirilib

“Yay məktəbi: Çin mətbəxinin inciləri” adlı seminar keçirilib

Aktual

9 Sentyabr 2021, 14:26

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu “Yay məktəbi: Çin mətbəxinin inciləri” adlı onlayn seminar keçirib.

 

Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mətbəx fəlsəfəsi barədə tələbələrə ətraflı məlumat  verib. Konfutsi İnstitutunun ötən illərdə bu sahədə gördüyü işlərdən danışan R.Abbasov, Milli Kulinariya Mərkəzi ilə  əməkdaşlıqlarından da bəhs edib. O,  əsas məqsədin  hər iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpaz və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi olduğunu da qeyd edib.

 

Seminarda çıxış edən ADU Çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova  Çin mətbəxinin bölgələr üzrə  hazırlanan və  turistlərin daha çox marağına səbəb olacaq məşhur yeməklərin hazırlanma texnikası və  tarixi haqqında tələbələrə ətraflı məlumat verib.  Çin yeməklərinin fərqliliklərindən bəhs edən Ş.Məmmədova, hələ qədim Çjou dövründə çinlilərin soya sousu, sirkə, şərab və müxtəlif növ ədviyyatlar hazırlamağı bacardıqlarını, elə məhz müasir dövrdə də, bu ərzaqlardan yeməklərə xüsusi təam vermək üçün istifadə olunduğunu qeyd edib. O, yemək bişirilmə tərzinə, dadına və ona qatılan ərzaqlara görə Çində 8 milli mətbəx mövcud olduğunu qeyd edib:  Sue, Zhe, Lu, Chuan, Yue, Xiang, Min, Hui.

 

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!