Modern.az

Avtoxuliqan həbs edildi

Avtoxuliqan həbs edildi

Aktual

9 Sentyabr 2021, 15:40

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Hüseyn Məhərrəmov saxlanılıb. Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

 

H.Məhərrəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə H.Məhərrəmov 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!