Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticələr “SMS” bildiriş vasitəsilə müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına göndərilib.
Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları //portal.edu.az/ platformasında yerləşən “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər.
Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 9 – 13 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
Qeyd edək ki, müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.