Modern.az

Rusiyada COVİD-i 27 dəqiqədə aşkar edən cihaz hazırlandı  

Rusiyada COVİD-i 27 dəqiqədə aşkar edən cihaz hazırlandı  

Aktual

9 Sentyabr 2021, 16:54

Rusiya Federal Tibbi-Bioloji Agentliyinin (FTBA) mütəxəssisləri tərəfindən 27 dəqiqə ərzində koronavirusu aşkar edə bilən cihaz hazırlanıb.

 

Modern.az xəbər verir ki,  FTBA-nın Translyasiya Təbabəti və İnnovativ Texnologiyalar İdarəsinin müdiri, tibb elmləri doktoru Darya Kryuçko cihazın əsasını izotermik amplifikasiya metodunun təşkil etdiyini bildirib.

 

Onun sözlərinə görə, diaqnostika sistemi yüksək etibarlılıq dərəcəsi ilə 27 dəqiqə ərzində antigenin mövcudluğunu aşkara çıxarır. 

 

Kryuçko onu da vurğulayıb ki, təkmilləşdirildiyi təqdirdə, diaqnostik sistem digər antigenləri də aşkarlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!