Modern.az

Cüdoçularımız daha iki medal qazandı

Cüdoçularımız daha iki medal qazandı

Aktual

9 Sentyabr 2021, 17:06

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında cüdoçularımız daha 2 bürünc medal qazanıblar.

 

Modern.az xəbər verir ki, Camal Feyziyev (100 kiloqramdan yuxarı) və Şəfəq Həmidova (48 kq) yarışı üçüncü pillədə başa vurublar.

 

Qeyd edək ki, bundan əvvəl tatami ustalarımız Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) Oyunlarda bürünc medala sahib olublar.

 

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!