Modern.az

Bu ölkədə bir ildən sonra yeni hökumət qurulur

Bu ölkədə bir ildən sonra yeni hökumət qurulur

Aktual

10 Sentyabr 2021, 18:28

Ötən il avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra Livanda başlayan və bir ildən artıq davam edən hökumət böhranına son qoyulub.

 

Modern.az Livanın rəsmi NNA agentliyinə istinadla xəbər verir ki, sentyabrın 10-da ölkə Prezidenti Mişel Aun hökumətin formalaşması haqqında sərəncam imzalayıb.

 

Livan KİV-i yazır ki, dövlət başçısı ilə görüşəcək Baş nazir Nəcib Mikatinin rəhbərlik edəcəyi hökumətin tərkibi ilə əlaqədar qeyri-müəyyənlik davam edir. Lakin Prezidentin Nazirlər Kabinetinin yeni üzvlərini təsdiq edəcəyi bildirilir. Hələ iyulda Baş nazir təyin edilən Mikati bu günədək kabinetin tərkibini müəyyən edə bilməyib.

 

Bir ildən artıq davam edən hökumət böhranı zamanı Livanda sosial-iqtisadi böhran daha da dərinləşib. Milli valyutanın dəyərsizləşməsi, yanacaq və ərzaq qıtlığı nəticəsində çoxsaylı iğtişaşlar baş verib. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqı hökumətin qurulmasını bu ölkəyə yardım ayrılmasının əsas şərti kimi irəli sürüblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı