Modern.az

Misir Türkiyə ilə barışmaq istəyir

Misir Türkiyə ilə barışmaq istəyir

Aktual

10 Sentyabr 2021, 18:36

Misirin Baş naziri Mustafa Mədbuli “Bloomberg” televiziya kanalına müsahibəsində bildirib ki, bu ilin sonunadək Qahirə ilə Ankara arasında diplomatik əlaqələr bərpa oluna bilər.

 

Modern.az xəbər verir ki, Mədbuli son aylarda Misir və Türkiyə diplomatlarının apardıqları danışıqlarda mühüm irəliləyişə nail olunduğunu diqqətə çatdırıb.

 

O, iki ölkə arasında mövcud olan bəzi fikir ayrılıqları üzrə konsensus əldə ediləcəyinə ümidvar olduğunu deyib.

 

İki ölkə arasında diplomatik əlaqələrin “dondurulması” 2013-cü ildən bəri – Misirin mərhum Prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş verib. O vaxt Ankara hərbçiləri qanuni yolla seçilmiş dövlət başçısını zorla devirməkdə ittiham etmişdi. Lakin bu il hər iki dövlətin rəsmilərinin müsbət istiqamətdə bəyanatları, həmçinin bu ilin martında Qahirədə və sentyabrın 8-də Ankarada xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılan danışıqlardan sonra diplomatik əlaqələrin tam bərpa olunacağı bildirilir.

 

Qeyd edək ki, hazırda diplomatik əlaqələrin gərgin olduğu dövrdə türk şirkətləri, o cümlədən Türk Hava Yolları aviaşirkəti Misirdə uğurla fəaliyyət göstəriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı