ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ona 11 sentyabr terrorunun Nyu-Yorkda keçiriləcək anım tədbirinə Rusiya jurnalistlərinin akkreditasiya olunmaması ilə bağlı etiraz notası verilib.
Səfir bir saatlıq müzakirədən sonra XİN-in binasını tərk edib.