Modern.az

Azərbaycanda yelkənli qayıq yarışı başladı

Azərbaycanda yelkənli qayıq yarışı başladı

Aktual

10 Sentyabr 2021, 23:42

Bu gün Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başlayıb.

 

Modern.az xəbər verir ki, turnirin ilk günündə açıq dənizə çıxan yelkənçilər "Optimist”, "Ilca-4.”, "Ilca-7”, "Open Windsurf” sinifləri üzrə yarışıblar.

 

32 yelkənçinin iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib.

 

3 gün davam edəcək yarışlarda iştirakçı sayında məhdudiyyət olmayacaq. Qeyd edək ki, Kubokun mükafatlandırılma mərasimi sentyabr ayının 12-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!