Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Modern.az xəbər verir ki, turun ilk görüşündə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. Daha sonra “Keşlə” və “Zirə” klubları qarşılaşacaq. Görüş “ASCO Arena”da keçiriləcək.
Turun sabah keçiriləcək oyunlarında “Səbail” klubu “Sumqayıtı”, “Neftçi” isə “Qarabağ”ı qəbul edəcək.
Qeyd edək ki, bütün görüşlər “CBC Sport” televiziyası ilə canlı yayımlanacaq.