Modern.az

“Üç Qardaş - 2021” - Sabahdan xüsusi təyinatlıların təlimi başlayır

 “Üç Qardaş - 2021” - Sabahdan xüsusi təyinatlıların təlimi başlayır

Aktual

11 Sentyabr 2021, 11:48

Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

 

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı