Modern.az

Abşeronda sərnişin avtobusu aşdı, xəsarət alanlar var - Fotolar

Abşeronda sərnişin avtobusu aşdı, xəsarət alanlar var - Fotolar

Aktual

30 Sentyabr 2021, 14:06

bşeron rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

 

Modern.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Zabrat-Kürdəxanı yolunun Kürdəxanıdan keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi “İsuzu” markalı 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə, avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

 

Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!