Modern.az

Qayınatasını öldürən kürəkənə 18 il verildi

Qayınatasını öldürən kürəkənə 18 il verildi

Aktual

30 Sentyabr 2021, 14:57

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Modern.az məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə A.Hüseybəliyev 18 il azadlıqdan məhrum edilib.

 

Qətl hadisəsi ötən il avqustun 31-də saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.

 

1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanaraq öldürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən törədildiyi məlum olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı