Modern.az

Gömrük və ƏDV-dən azadolmanın müddəti uzadıldı

Gömrük və ƏDV-dən azadolmanın müddəti uzadıldı

Aktual

30 Sentyabr 2021, 15:40

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, sənədlərə dəyişikliklərdə Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolmanın daha beş il müddətinə uzadılması nəzərdə tutulub.

 

Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...