Modern.az

Gürcüstanda seçkilər başa çatdı

Gürcüstanda seçkilər başa çatdı

Aktual

2 Oktyabr 2021, 20:03

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər üzrə səsvermə başa çatıb.

 

Modern.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.

 

Seçki komissiyalarının üzvləri məntəqələrdə səsləri saymağa başlayıb. Proses başa çatdırılandan sonra yekun protokollar imzalanaraq ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.

 

MSK kifayət qədər protokol əldə edəndən sonra ilkin nəticələri dərc etməyə başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı