“Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, Azərbaycan Xalq Cəhbəsi Partiyası sədri Əli Kərimlinin qaynı Elnur Seyidovla bağlı Azərbaycanda fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı tərəfindən Avropa Şurası İnsan Hüquqları üzrə komissarı Nils Muiznieksə, Avropa Şurası Parlament Assambeleyasının siyasi məhbuslar üzrə mərüzəçisi, Kristofer Ştrasselə, Avropa İttifaqınının nümayəndəliyinin başçısı, səfir Roland Kobiyaya, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqaya müraciət ünvanlanıb.
Modern.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, 27 mart 2012-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilən “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, Azərbaycan Xalq Cəhbəsi Partiyası sədri Əli Kərimlinin qaynı Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyət çəkir. O, həbs edilən gündən indiyədək Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır.
“Belə bir xəstəlikdən əziyyət çəkən şəxsin qapalı yerdə saxlanılması onun həyatı üçün təhlükəli olduğu üçün dəfələrlə vəkilləri və hüquq müdafiəçiləri tərəfindən onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət orqanları, o cümlədən məhkəməyə müraciət edilmiş, ancaq bu müraciətlərə məhəl qoyulmamışdır.
Seydov heç bir siyasi partiyanın üzvü deyil və siyasi fəaliyyətlə məşğul olmayıb. Vəkilləri ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu və onu həbs etməklə Azərbaycan iqtidarının Əli Kərimliyə siyasi təzyiq etdiklərini bildiriblər. Məsələn, onun həbsi ilə bağlı yetərincə narahatlıq doğuran digər bir hal “Texnikabank”ın Yasamal filalının digər əməkdaşları, o cümlədən
"Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevin sərbəst buraxıldığı halda, Seyidovun hələdə həbsdə saxlanılmasıdr. Maraqlıdır ki, bank filalının həbs olunmuş digər səlahiyyət sahibləri, o cümlədən müdirinə qarşı göstərilən “ədalət mühakiməsi” Seyidova münasibətdə onun ağır xəstəliyinə baxmayaraq unudulur”.
Müraciət müaəllifləri bildiriblər ki, 13 iyun 2012-ci ildə Seydovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi üçün onun vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət göndəriblər. Müraciətdə Seyidovla bağlı AİHM-nin reqlamentinin 39-cu maddəsinin tətbiq olunması və ilkin tədbir kimi onunla bağlı seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Azərbaycan hakimiyyəti qarşısında tələb qoyulması xahiş edilib.
“ Bunun ardınca vəkillər avqustun 6-da və 18-də Seyidovun xəstəliyi barədə arayışları, həkim rəylərini, xəstəlik tarixçəsini və müayinələrin nəticələrini poçtla AİHM-ə göndəriblər. Ancaq 22 oktyabr 2012-ci ildə vəkillərin ictimaiyyətə verdiyi məlumata görə, AİHM-dən Seyidov barədə tələb olunan əlavə sənədlərin çatdırılmadığını bildiriblər. Araşdırmalar zamanı məlum olub ki, Seyidovun xəstəliyi barədə avqustda AİHM-ə göndərilən sənədlər yoxa çıxıb və poçt vasitəsilə AİHM-in mənzil-qərargahına yetişməyib. Vəkilləri və hüquq müdafiəçiləri Seyidovun işi ilə bağlı poçt xidmətinin bu cür təmin olunmasını Azərbaycan kimi qeyr-demokratik ölkə üçün təsadüfi hesab etməyərək, bu əməlin arxasında şübhəli siyasi maraqların dayandığını güman edirlər”.
Müraciət müəllifləru E.Seyidovun siyasi sifariş xarakteri daşıyan həbsini diqqətdə saxlamağa, həmçinin onun səhhətindəki problemlər və istintaq prosesi barədə daha ətraflı öyrənmək məqsədilə saxlanıldığı təcridxanada onu ziyarət etməyə çağırıblar.
Müraciət aşağıdakı şəxslər imzalayıblar: Leyla Yunus, Sülh və Demokratiya İnstitutu
Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi
Samir Kazımlı, Siyasi Azadlıqları Müdafiə Alyansı,
Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi,
Emin Hüseynov, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu
Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi
Oqtay Gülalıyev, Demokratik İslahatlar Uğrunda Cəmiyyət
İlqar İbrahimoğlu, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi
Mirəli Hüseynov, “Demokratiyanı Öyrənmə” İctimai Birliy
i