Modern.az

Siyəzəndə qaz problemləri araşdırılacaq

Siyəzəndə qaz problemləri araşdırılacaq

Aktual

27 Oktyabr 2021, 12:36

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Siyəzən rayonunda təşkil olunacaq.

 

Modern.az-ın İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri rayonun Xətai küçəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

“Səyyar qəbul otağı” oktyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...