Modern.az

Hərbi təlim toplanışı davam edir - VİDEO

Hərbi təlim toplanışı davam edir - VİDEO

Aktual

29 Oktyabr 2021, 19:54

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilib.

 

Tapşırıqların icrası zamanı hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyirlər.

 

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir