Modern.az

Rəsmi Kiyev: Gücümüzün artırılmasında Türkiyənin böyük xidməti var

Rəsmi Kiyev: Gücümüzün artırılmasında Türkiyənin böyük xidməti var

Aktual

30 Oktyabr 2021, 10:15

Ukraynanın müdafiə gücünün artırılmasında Türkiyənin böyük xidməti var.

 

Modern.az xəbər verir ki, bu fikri Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü ilə bağlı Kiyevdə keçirilən rəsmi qəbulda çıxışı zamanı Ukraynanın müdafiə naziri general-leytenant Andrey Taran söyləyib.

 

Nazir bildirib ki, Türkiyə Ukraynanın ən çətin zamanlarında həmişə yanında olub.

“Ukraynanın müdafiə gücünün artırılmasında, milli və regional əməkdaşlıqda Türkiyə strateji tərəfdaşıdır”, - deyə Andrey Taran əlavə edib.

 

Nazir vurğulayıb ki, Ukrayna Müdafiə Nazirliyi Türkiyə şirkətləri ilə mühüm müqavilələr imzalayıb və bu istiqamətdə işlərini davam etdirir.

Sizə yeni x var
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir