Modern.az

Ankaradan türk diplomatını öldürən erməni terrorçunun azad edilməsinə REAKSİYA

Ankaradan türk diplomatını öldürən erməni terrorçunun azad edilməsinə REAKSİYA

Aktual

30 Oktyabr 2021, 14:33

1982-ci ildə ABŞ-ın Los-Anceles şəhərində Türkiyə konsulu Kamal Arıkanı qətlə yetirmiş erməni terrorçu, ASALA üzvü Ambik Sasunyanın həbsdən azad edilməsini qorxunc bir səhv olaraq qəbul edirik və bu qərarı pisləyirik.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunur ki, bu cür qərarlar terrorla mübarizəyə deyil, terrorçuluğun siyasi məqsədlərə çatmaq üçün istifadə olunmasına xidmət edəcəyi aşkardır.

 

Qeyd edək ki, A.Sasunyan türkiyəli konsulun qətli ilə əlaqədar 1984-cü ildə ömürlük həbsə məhkum edilmişdi. 2019-cu ilin dekabrında Kaliforniya ştatının Məhkumların azad edilməsi şurası onun azad edilməsi barədə qərar qəbul etsə də, ştat qubernatoru bu qərarı ləğv etmişdi.

 

A.Sasunyan 2021-ci ilin fevralında Los-Anceles dairə Ali məhkəməsinin qərarı azad edilmişdi. O, Ermənistana gəldiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir