Modern.az

Atasının yoxluğuna dözmədiyi Şəhidin şəhadət günüdür

Atasının yoxluğuna dözmədiyi Şəhidin şəhadət günüdür

Aktual

30 Oktyabr 2021, 14:45

Bu gün Şəhid gizir Dövlətli İsgəndər Vüqar oğlunun şəhadətindən 1 il ötür.

 

Modern.az xəbər verir ki, mərasimdə Lerik rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 

Mərasim iştirakçıları əvvəlcə şəhidin dəfn olunduğu Sulutəpə qəbristanlığındakı məzarını ziyarət edib ruhuna dualar oxuyublar.

 

Şəhid D.İsgəndər 27 sentyabr 2020-ci il tarixində başlayan haqq savaşımızın ilk günündən aktiv döyüşlərə başlayır. Vətən mühribəsində fəal iştirak edərək vətəninə, elinə, obasına olan sevgisini bir daha sübut etmişdir. Düşmənə sarsıdıcı zərbələr endirərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən kəşfiyyatçı gizir oktyabrın 8-də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin nəşi oktyabrın 30-da yaşadığı Binəqədi rayonu Sulutəpə qəsəbəsinə gətirilir və orada torpağa tapşırılır.

 

Qeyd edək ki, qəhrəman şəhidimizin qandonduran həyat hekayəsi var. D.İsgəndərin Əmisi Dövlətli Aqşin 1992-ci ildə l Qarabağ müharibəsində şəhid olub. Şəhidimizin vəfatından 33 gün sonra isə, atası Vüqar Dövlətli oğlunun yoxluğuna dözməyib vəfat etdi. Qəhrəman şəhidimiz evli idi, özündən sonra, bir igid oğul yadigar qoyub getdi.

 

Allah sənə rəhmət etsin İsgəndər!

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir