Modern.az

İki ayda 3 milyondan çox insan koronavirusa YOLUXUB

İki ayda 3 milyondan çox insan koronavirusa YOLUXUB

Aktual

30 Oktyabr 2021, 16:15

Sentyabrdan bu günə qədər ilk dəfə koronavirusa yoluxma hallarının sayı 3 milyonu ötüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda ölüb hallarında da artım müşahidə olunur.

 

Belə ki, əvvəlki iki həftədə 50 mindən çox ölüm olmamışdısa, son 1 həftədə 53 min ölüm qeydə alınıb.

 

Gözəgörünməz virusa yoluxmada lider ölkə ABŞ olmasına baxmayaraq, orada son həftə yoluxma sayı 10% azalıb.

 

Böyük Britaniya, təqribən, 42 min yoluxma ilə ikinci, Rusiya 40 min yoluxmanı keçərək üçüncü yeri tutur.

 

İnfeksiyanın yayılma sürəti bütün Avropada artır. Ukrayna (gündə 26 mindən çox yoluxma), Rumıniya (təxminən 16 min), Bolqarıstan (6 min), Latviya (3,2 min) və Belarusda (2 min) yayılma sürəti ən yüksək pillədədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir