Türkdilli ölkələrin Parlament Assambleyası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinə müşahidəçi statusu aldı.
Bu barədə məsələ Bakıda QDİƏT Parlament Məclisinin Baş Assambleyasının 40-cı iclasında təsdiq olunub.
QDİƏT PM vitse-prezidenti Asəf Hacıyev çıxış edərək bildirib ki, TÜRKPA-ya müşahidəçi statusun verilməsi qurumun Daimi komitəsində dünən müzakirə olunub və bu barədə qərar qəbul olunub.
O qeyd edib ki, TÜRKPA və QDİƏT PM arasında son illər çox sıx əlaqələr var, həmin qurumun yaradılması zamanı QİƏT PM təcrübəsindən istifadə olunub.
İclasda TÜRKPA baş katibi Ramil Həsənov çıxış edərək rəhbərlik etdiyi təşkilatın QİƏT-ə müşahidəçi qismində qəbul olunmasından öz minnətdarlığını bildirib. Həsənov bundan sonra iki qurum arasında əlaqələrin daha sıx xarakter alacağına ümidv ar olduğunu bildirib.
Modern.az