Bu gün İsveçrədə vaksin sertifikatları ilə bağlı referendum keçiriləcək.
Modern.az "SKY"a istinadla xəbər verir ki, referenduma cəmi 1 məsələ çıxarılıb: “Siz Federasiya Şurasının 19 mart 2021-ci ildə qəbul etdiyi Covid-19 qanununun dəyişdirilməsinə razısınızmı?”
İsveçrə analoji səsverməni həyata keçirən ilk ölkədir. Fransızdilli medianın məlumatına görə, bu referendum vaksin əleyhdarı olan 3 QHT tərəfindən gündəmə gətirilib və kifayət qədər tərəfdaş toplaya bilib. Onların başlıca tələbi vaksin sertifikatlarının (Covid-19 pasportu) ləğv edilməsidir.