Modern.az

Sabirabadda maşın su kanalına aşdı - İki gənc öldü

Sabirabadda maşın su kanalına aşdı - İki gənc öldü

Aktual

7 Dekabr 2021, 08:36

Sabirabadda minik avtomobili su kanalına aşıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə, Sabirabad rayonunun Nərimankənd kəndində "ГАЗ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. 

 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı