Türkiyədə dekabrın 10-dan etibarən lirənin yenidən dəyər qazanacağı gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri zamanı 12 yeni müqavilənin imzalanacaq. Bu müqavilələrdən sonra dolların məzənnəsinə dekabrın 10-dan etibarən böyük zərbə vurulacağı gözlənilir.
Xatırladaq ki, ötən gün Rəcəb Tayyib Ərdoğan açıqlamasında məzənnə dalğasının tezliklə məqbul səviyyədə olacağını bəyan edib. Hazırda Türkiyə lideri Qətərdə rəsmi səfərdədir.