Modern.az

Bu il neçə nəfər girov götürülüb? - DİN-dən açıqlama

Bu il neçə nəfər girov götürülüb? - DİN-dən açıqlama

Aktual

7 Dekabr 2021, 10:17

"Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda adamların girov götürülməsi faktı qeydə alınmayıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

Onun sözlərinə görə, 2021-ci ilin ötən dövründə cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır: “Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülməsi faktı qeydə alınmayıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!