Modern.az

"Azəriqaz” rəsmiləri Gəncəyə gedir

Aktual

7 Dekabr 2021, 12:16

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Gəncədə təşkil olunacaq.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Gəncə şəhəri, Gülüstan qəsəbəsində (14 nömrəli məktəbin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

“Səyyar qəbul otağı” dekabrın 9-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

 

Qeyd edilir ki, “Azəriqaz” ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı