Modern.az

Spiker Koçaryanın blokunu aşağıladı: “Hələ 50 il müxalifətdə qalacaqsız!”

Spiker Koçaryanın blokunu aşağıladı: “Hələ 50 il müxalifətdə qalacaqsız!”

Aktual

7 Dekabr 2021, 13:56

Parlamentin spikeri Alen Simonyan bu gün “Ermənistan” fraksiyasının deputatı Areqnaz Manukyanın onun haqqında verdiyi açıqlamalara münasibət bildirib.

Alen Simonyan bildirib ki, müxalif deputatların bəyanatları daha çox demaqogiya xarakteri daşıyır.

 

Areqnaz Manukyanın çıxışına toxunan Alen Simonyan xatırladıb ki, o, çoxdan qaldırılan bütün suallara cavab verib.

 

“Xanım Manukyan məhkəmədə dediklərini sübut etməli olacaq, əks halda o, təzminat ödəyəcək və mənim şəxsim haqqında deyilənləri təkzib edəcək, çünki bütün bunlar tamamilə yalandır”, - o bildirib.

 

Alen Simonyan üznü müxalifətə tutaraq “siz daha 50 il ərzində daim uduzacaqsınız", - bildirib.

 

Xatırladaq ki, Areqnaz Manukyan bu gün bəyan etmişdi ki, Alen Simonyan və ailəsi üçün hakimiyyət dəyişikliyindən sonra işlər yaxşılaşıb.

 

“Onun qardaşı 2020-ci ilin iyul ayında “Euroasphalt” şirkətinin direktoru oldu və bundan sonra xoşbəxt bir təsadüf nəticəsində bu qurum asfalt üçün tenderləri udmağa və dövlət büdcəsi hesabına özünü zənginləşdirməyə başladı”, - deyə deputat bildirib.

 

O qeyd edib ki, ötən gün Alen Simonyan türkyönlü saytlardan birinə müsahibəsində bildirib ki, Rusiya Federasiyasındakı həmkarları ilə uğurlu görüşlər keçirdiyi və gözəl əlaqələr qurduğu üçün ona qarşı kampaniyalar təşkil olunur.

Xatırladaq ki, “Ermənistan” blokunun rəhbəri sabiq prezident Robert Koçaryandır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı