Modern.az

“Şikəst, kor, kar” ifadələrinə görə jurnalistlərə irad tutuldu

“Şikəst, kor, kar” ifadələrinə görə jurnalistlərə irad tutuldu

Aktual

7 Dekabr 2021, 16:57

“Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədir ki, onlara dəstək vermək əvəzinə əksinə, narazılıq yaradırlar. Onlar həmin kateqoriyaya məxsus olanlar barədə bəhs edərkən bir sıra hallarda “şikəst, kor, şil, kar”, kimi ifadələr işlədirlər…”.

 
Modern.az xəbər verir ki, bu fikirlər “Excelsior” otelində media nümayəndələri üçün keçirilən “Əlilliyin düzgün dərk edilməsi” mövzusunda keçirilən təlimdə səsləndirilib.


Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə maarifləndirici nəşrlərin hazırlanması”  layihəsi çərçivəsində keçirilib.

Layihə rəhbəri  Cəsarət Hüseynzadə bildirib ki, təlimdə məqsəd cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə cəlb edilməsinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılması məqsədilə maarifləndirici nəşrlər hazırlayıb əhali arasında yaymaqdır. Layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının təşviq edilməsi və bununla bağlı informasiya mühitinin yaradılması  məqsədilə 3 mövzuda buklet və 4 maarifləndirici videorolik  hazırlanacaq.

Eyni zamanda, əlilliyi olan istedadlı şəxslərin potensiallarının üzə çıxarılması və təbliğ olunması üçün 3 məqalə - reportaj və 2 videorolik hazırlanacaq.

Layihə dövründə jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün əlilliyin düzgün dərk edilməsi mövzusunda 3 təlim keçiriləcək.

Sosial Xidmətlər Agentliyinin mütəxəssisi Sevinc Cəfərova bildirib ki, həssas sosial qruplar ilə bağlı həyata keçirilən proseslərdə cəmiyyətin bütün sektorunun birgə fəaliyyəti vacibdir.

Təlimdə əlillik və mediada etik standartlar mövzularında çıxış edən ekspertlər Aydın Xəlilov, Vəfa İsgəndərova jurnalistləri məlumatlandırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı