ABŞ və Rusiya liderləri Co Bayden və Vladimir Putin arasında videokonfrans formatında keçirilən danışıqlar başa çatıb
Modern.az TASS-a istinadən xəbər verir ki, danışıqlar iki saat davam edib.
Görüş qapalı şəraitdə baş tutub.
***
19:39
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında videokonfrans formatında baş tutan görüş başlayıb.
Modern.az xəbər verir ki, prezidentlər Ukrayna ətrafındakı vəziyyəti və strateji sabitlik məsələlərini müzakirə edəcək.
Onlar, həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.