Modern.az

Şuşada at sərgiləri keçiriləcək

Şuşada at sərgiləri keçiriləcək

Aktual

7 Dekabr 2021, 20:41

Nazirlər Kabineti “At sərgilərinin təşkili və keçirilməsi Qaydaları”na dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, qərara əsasən, Şuşa şəhərinin ərazisində at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.


Qeyd edək ki, Qaydaya əsasən, at sərgiləri ildə bir dəfə cıdır meydanlarında keçirilir. mülkiyyət formasından asılı olmayaraq, atçılıqla məşğul olan bütün hüquqi və fiziki şəxslər sərgidə iştirak edə bilərlər. Sərgidə nümayiş etdirmək üçün atın müvafiq sənədləri (şəhadətnamə, baytarlıq sənədi, şəkli və s.) əvvəlcədən təqdim olunmalıdır. Sərgi Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları tərəfindən təşkil olunur.

 

Beləliklə, Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları tərəfindən Şuşa şəhərinin ərazisində at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi