Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Aktual

7 Dekabr 2021, 22:29

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 198 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

 

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 357 317 nəfərin test edildiyi, 22 687 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 366 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 160 790 peyvənd tətbiq edilib ki, bunun 90,90 faizi birinci, 81,75 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı