Modern.az

İsrail Suriyada İranı vurdu - Rusiyanın reaksiyası necə olacaq?

İsrail Suriyada İranı vurdu - Rusiyanın reaksiyası necə olacaq?

Aktual

7 Dekabr 2021, 23:19

İsrail Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasına yaxın ərazidə yerləşən Latakiya limanına raket zərbələri endirib. Müxtəlif mənbələrin məlumatına görə, zərbələrin məqsədi İrana yaxınlığı ilə tanınan qrupların silah anbarlarını məhv etmək olub. İsrail tərəfi hücumla bağlı heç bir açıqlama verməyib.

 

Rusiyanın “Kommersant” nəşri yazıb ki, bu, İsrailin 2021-ci ildə Suriyada həyata keçirdiyi 27-ci hücumdur. Bundan əvvəl İsrail noyabrın 24-də Homs şəhərinin ətrafına aviazərbə endirib. Suriya dövlət mediası bu hücumda iki nəfərin, müxalifətə yaxın mənbələr isə 5 nəfərin öldüyünü qeyd edir.

 

Latakiya limanı Rusiya Aerokosmik Qüvvələrinə məxsus Xmeymim bazasından 15 km aralıdadır və İsrailin bu əraziyə zərbələri nadir hallarda müşahidə olunur. Bu, 2015-ci ildə Rusiyanın Suriyaya müdaxiləsindən sonra Latakiyaya üçüncü hava hücumudur. İlk hücum 2018-ci il sentyabrın 17-də baş verib və faciəvi şəkildə başa çatıb. Hücumu dəf etmək istəyərkən Suriya hava hücumundan müdafiə qüvvələri Rusiyanın İl-20 təyyarəsini vurub və nəticədə 15 rusiyalı hərbçi ölüb.

 

O vaxtdan bəri israillilər Rusiyanın məsuliyyət zonasına uçmayıblar, lakin İsrail bu il 2018-ci ildə əldə edilmiş gizli razılaşma pozub.

 

Mayın 5-də Latakiya bölgəsində plastik zavoda hücum edilib. Hadisə zamanı ən azı bir nəfər öldü, ən azı altı nəfər yaralanıb. Suriyadakı Rusiya hərbçiləri hücumu dərhal şərh etməyiblər, lakin, bir qayda olaraq, onların reaksiyası bir neçə saat, bəzən hətta günlərlə gecikir. Rusiya hərbçiləri çox gözəl başa düşürlər ki, israillilərin hədəfləri İran və ya iranpərəst qüvvələrlə əlaqəli obyektlərdir, lakin ruslar İsrailin hücumlarına çox həssasdırlar.

 

İsraillilər, həmişə olduğu kimi, hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, çərşənbə axşamı günorta Qüdsdə keçirilən İsrail-Yunan-Kipr sammiti zamanı İsrailin baş naziri Naftali Bennet şər qüvvələrə qarşı mübarizəni davam etdirəcəklər: “Biz bu bölgədə gecə-gündüz şər qüvvələrlə qarşı-qarşıyayıq. Bir saniyə belə dayanmayacağıq. Biz dağıdıcı qüvvələr qarşısında fəaliyyətimizi davam etdirəcəyik. Gəlin əzmkar olaq və yorulmayaq”. İsrail mediası bu sözləri birmənalı olaraq gecə həyata keçirilən zərbələrə şərh kimi qəbul edib.

 

Çərşənbə axşamı İsrailin “Walla” saytının ölkənin Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmilərinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı keçirilən qapalı iclasda məhv edilən silahların İranda istehsal edildiyi və İranyönlü silahlı dəstələri üçün nəzərdə tutulduğu vurğulanıb.

 

Bundan əlavə, mənbələr İsrailin İranın Suriyaya gətirdiyi silahların 75%-ni məhv etdiyini bildirir.

 

Media həmçinin İsrail Hərbi Kəşfiyyat İdarəsinin istefaya göndərilən rəhbəri general-mayor Tamir Haymanın sözlərinə istinad edərək bildirib ki, İsrail İranın Suriyada kök salmaq cəhdlərinin qarşısını ala bilib.

 

İranın Suriyadakı mövcudluğu Rusiya ilə danışıqlarda İsrail siyasətçilərinin əsas mövzularından biridir. Oktyabrın sonunda İsrailin baş naziri Naftali Bennett Soçidə Rusiya prezidenti Vladimir Putinə baş çəkdi. Aydındır ki, bu mövzuya Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu həftənin sonunda İsrailə gözlənilən səfəri zamanı da toxunulacaq. İsrailli jurnalistlər qeyd edirlər ki, səfər İsrailin Suriyaya endirdiyi zərbələrin sayının artması fonunda baş tutacaq.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı