Gürcüstanın Qori hərbi hospitalında müalicə olunan ölkənin sabiq prezidenti Mixail Saakaşvili istənilən tibbi müalicəni dayandırdığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə onun yaydığı bəyanatda qeyd olunub.
Sabiq dövlət başçısı qeyd edib ki, Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin Ədliyyə Nazirliyinin cəzalandırılması ilə bağlı qərarı yerinə yetirilməyib və bunun əksinə olaraq intiqamçı addımlar atılıb.
M.Saakaşvili qərar icra olunmayana və ziyarətçiləri onun yanına normal qaydada buraxılmayana qədər etirazını davam etdirəcəyini vurğulayıb.
Akif İsmayılov