Qurd xəstəlikləri bütün dünyada çox yayılmış xəstəliklərdir.
Qurdlar insan orqanizminə düşdükdə müxtəlif pozulmlara səbəb olur - immun sistemini zəiflədir, orqanizmi zəhərləyir, müxtəlif vitamin və mineralların defisitinə səbəb olur, həzm proseslərini pozur, allergik reaksiyalara, dəridə müxtəlif səpgilərə səbəb olur və s.
Qurdlarla mübarizə etmək üçün xüsusi dərman preparatları mövcuddur. Bu preparatları yalnız həkim müayinə və analizlərdən sonra təyin edə bilər.
Maraqlıdır ki, bəzi məhsullar da qurdqovucu təsirə malikdir və qurdlarla mübarizədə çox yaxşı müalicəvi və profilaktik effekt verir. Bu məhsullar arasında:
1. Sarımsaq
Sarımsağın tərkibində xüsusi "allisin" adlı maddə var. Bu maddə qurdun orqanizmində gedən metabolizm proseslərini dayandırır ki, nəticədə qurd məhv olur.
2. Balqabaq tumları
3. Ananas
Ananasın tərkibinə bromelayn maddəsi daxildir. Bromelayn çox güclü fermentdir. Bromelayn qurdların zülal strukturlarını və qişalarını əridir. Daha sonra isə insanın mədəaltı vəzi fermentləri bu prosesi davam etdirir və qurdlar həll olunur və bağırsaqlardan xaric olunur.