Modern.az

“BakıKart”ın balansını artırmaq asanlaşır

“BakıKart”ın balansını artırmaq asanlaşır

Aktual

8 Dekabr 2021, 14:54

Sərnişinlərin “BakıKart”ın balansını avtobus dayanacaq məntəqəsindən kənarda da artıra bilməsi üçün tədbirlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, bu çərçivədə “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1354-ə çatdırılıb.

 

Əlavə olaraq, daha 62 terminalın da inteqrasiyası üçün iş aparılır. Bununla sərnişinlər artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı