“Koronovirusa yoluxmuş şair-jurnalist Əvəz Qurbanlının müalicəsinin gedişi ilə bağlı Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən modul tipli hospitalın rəhbərliyi ilə danışdıq. Biz də öz xahişimizi etdik və şairin səhhəti ilə bağlı narahat olan doğmalarına, həmkarlarına bildirmək istərdik ki, həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, o, tezliklə öz sağlamlığına qovuşsun”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.
“Ötən günlərdə Xalq artisti, tanınmış diktorumuz Eldost Bayramın səhhəti, müalicəsinin gedişi ilə də yaxından maraqlanırdıq. Çox şadıq ki, həkimlərimizin şəfqəti ilə Xalq artisimiz artıq sağalıb və öz doğmaları ilə bir yerdə olmağa hazırlaşır”,-deyə Q.Paşayeva əlavə edib.