Modern.az

Mikayıl Cabbarov ABŞ səfiri ilə GÖRÜŞDÜ

Mikayıl Cabbarov ABŞ səfiri ilə GÖRÜŞDÜ

Aktual

8 Dekabr 2021, 21:26

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.

 

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

 

"Görüşdə amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb", - nazir əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!