İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 28 min 64 nəfər artaraq ümumilikdə 5 milyon 364 min 852-yə yüksəlib.
Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 123 nəfər artaraq 135 min 544-ə çatıb. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 347 min 472, reanimasiya şöbəsində olanların sayı 953 nəfərdir.
Ötən gün 697 min 740 test icra edilib, virusdan sağalanların sayı 12 min 430 nəfər artaraq 4 milyon 881 min 836 olub.
İndiyədək İtaliyada 105,3 milyon dozadan çox peyvənd tətbiq olunub, peyvəndlərini tamamlayanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 85,31 faizdir. Həmçinin 14,5 milyon əlavə doza tətbiq edilib.