Modern.az

Bakıda tələbə yataqxanası yandı

Bakıda tələbə yataqxanası yandı

Aktual

25 Dekabr 2012, 11:06

Paytaxtda yerləşən tələbə yataqxanalarında birində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,Bakı şəhəri, Nəsimi rayonunda Təhsil Nazirliyinə məxsus doqquzmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 16 kv.m olan 1 otağının yanar konstruksiyaları və əşyalar yanıb.

Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülübdür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı