Modern.az

Suqovuşanda avtomatlar aşkarlandı

Suqovuşanda avtomatlar aşkarlandı

Aktual

31 Yanvar 2022, 12:23

Tərtərdə silah-sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayonun işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən körpülərinin birinin alt hissəsindən 3 ədəd “AKM” markalı avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı