Modern.az

12 miqrant donaraq öldü

12 miqrant donaraq öldü

Aktual

3 Fevral 2022, 09:28

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən 22 miqrantdan 12-si donaraq ölüb.

 

Modern.az xəbər verir ki, hadisə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində baş verib. 

 

Hadisə ilə bağlı Valilikdən verilən açıqlamada Mandakoru bölgəsində donaraq ölən doqquz miqrantın cəsədinin tapıldığı, axtarışlardan sonra daha iki immiqrantın cəsədinin aşkarlandığı bildirilib.

 

Xəstəxanaya yerləşdirilən bir miqrantın isə həyatını xilas etmək mümkün olmayıb, bununla da ölənlərin sayı 12-yə çatıb.

 

Hazırda faktla əlaqədar araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi