Modern.az

Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi

Aktual

6 Fevral 2022, 12:59

Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor və ssenarist Viktor Buturlin vəfat edib.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Lenfilm" kinostudiyası məlumat yayıb.

 

Bildirilib ki, rejissor bu gün 74 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Viktor Buturlin "Sınıq işıqların küçələri" və "Ölümcül" detektiv serialları ilə məşhurlaşıb. O, həmçinin "Ekskursiyaçı”, "Bağban", "Səmada əyləc", "Nüvə tanqosu" filmlərinin, "Sevgi zamanı", "Alka", "Yenidən yaşa", "Diler" seriallarının rejissoru olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı